AFFA Yurçeviçə 1 milyon verəcək

AFFA Yurçeviçə 1 milyon verəcək
Futbol
09 Mart 2019 - 15:40
Supersport.Az-ın məlumatına görə, futbol üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi Nikola Yurçeviçin AFFA ilə müqaviləsinin şərtləri məlum olub. 

Tərəflər arasında 1+2 illik anlaşma imzalanıb.

Xorvat məşqçi qarşıdakı 1 il ərzində 1 milyon avro qazanacaq. Xorvatiya mətbuatı belə məlumat yayıb.

Xatırladaq ki, daha öncə Yurçeviçin illik qazancının 300 min avro olacağı barədə məlumatlar yayılmışdı.

Digər xəbərlər