"Roma" tanınmış mütəxəssisi gətirdi

"Roma" tanınmış mütəxəssisi gətirdi
Futbol
08 Mart 2019 - 21:25
Supersport.Az-ın məlumatına görə, "Roma" baş məşqçi Eusebio Di Françesko istefaya göndərib Klaudio Ranyerini gətirib.

Klub 67 yaşlı italiyalı mütəxəssislə bu ilin iyununadək razılaşıb.

Ranyeri 2009-2011-ci illədə "Roma"da çalışıb.

Mütəxəssis məşqçi karyerasında "Viqor" Lameziya, "Puteolana", "Kalyari", "Napoli", "Fiorentina", "Valensiya", "Atletiko", "Çelsi", "Parma", "Yuventus", "İnter", "Monako", "Lestersiti", "Nant", "Fulhem" və Yunanıstan yığma komandasını çalışdırıb.

 

Digər xəbərlər