"Mançester Yunayted" PSJ-yə, "Portu" "Roma"ya şok yaşatdı

"Mançester Yunayted" PSJ-yə, "Portu" "Roma"ya şok yaşatdı
Futbol
07 Mart 2019 - 02:41
Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları davam edir.

Supersport.Az-ın məlumatına görə, bu gecə daha 2 qarşılaşma keçirilib.

PSJ doğma meydanda "Mançester Yunayted"lə oyunda məğlub olaraq mübarizə dayandırıb. Səfər matçında qələbə qazanan (2:0) Paris təmsilçisi növbəti mərhələyə daha yaxın idi. Ancaq ingilislər də Fransaya iddialı yollanmışdılar.  "Mançester Yunayted" səfərdə PSJ-yə 3:1 qalib gələrək, növbəti mərhələyə adlayıb.

Gecənin digər oyununda isə "Roma" səfərdə "Portu"yla qarşılaşıb. "Canavarlar" İtaliyadakı ilk qarşılaşmada rəqibini 2:1 hesabı ilə məğlub etsələr də, Portuqaliyada işləri asan olmayacaqdı. Oyunun əsas vaxtında ümumi hesab bərabər olub. Təyin olunan əlavə iki hissədə "Portu" "Roma"yla qarşılaşmada hesabı 3:1-ə çatdıraraq istəyini reallaşdırıb.

Çempionlar Liqası, 1/8 final mərhələsinin cavab oyunları

7 mart
00:00. "Portu" - "Roma" 3-1


Qollar: Soares 26, Mareqa 52, Aleks Telles 117-pen - De Rossi-pen 37


İlk oyun - 1:2

00:00. PSJ - "Mançester Yunayted" 1-3 (ikinci hissə)


Qollar: Bernat 12 - R.Lukaku 2, 30, Raşford 90+4-pen

İlk oyun - 2:0

13 mart

00:00. "Yuventus" - "Atletiko"

İlk oyun - 0:2

00:00. "Mançester Siti" - "Şalke

İlk oyun - 3:2

14 mart

00:00. "Barselona" - "Lion"

İlk oyun - 0:0

00:00. "Bayern" - "Liverpul"

İlk oyun - 0:0

6 mart

00:00. “Real" – “Ayaks" - 1:4

Qollar: H. Ziyeç, 7 (0:1), Neres, 18 (0:2), D. Tadiç, 62 (0:3), M. Asensio, 72 (1:3), L. Şöne, 75 (1:4)

İlk oyun – 2:1

00:00. “Borussiya” (Dortmund) – “Tottenhem” - 0:1


Qol: H. Keyn, 48

İlk oyun – 0:3

Digər xəbərlər