Yoaxim Löv 3 futbolçunu yığmadan kənarlaşdırdı

Yoaxim Löv 3 futbolçunu yığmadan kənarlaşdırdı
Futbol
05 Mart 2019 - 22:59
Supersport.Az-ın məlumatına görə, son dünya çempionatında uğursuzluğa düçar olan Almaniya millisinin baş məşqçisi Yoaxim Löv "təmizləmə əməliyyatı"na başlayıb.

Təcrübəli mütəxəssis, 2014-cü ildə ölkə yığmasının heyətində dünya çempionu olan "Bayern" klubunun üç futbolçusu - Jerom Boatenq, Tomas Müller və Mats Xummelsi ölkənin bir nömrəli komandasına dəvət etməməyə qərar verib:

"Bu il Almaniya yığmasında yenilik olacaq. Komandada ciddi dəyişiklik etmək istəyirik. Ötən il Jerom Boatenq, Tomas Müller və Mats Xummels yığmaya düşməmişdi. Bu prosesi davam etdirməliyik. Belə qərara gəlmişəm ki, adıçəkilən futbolçuları artıq yığmaya dəvət etməyim. Mənə "Bayern" futbolçularına qərarımı və komandada islahat aparmaq planımı bildirmək vacib idi. Münxendə görüşdə bununla bağlı fikirlərimi demişəm. Almaniya yığmasının gələcəyi ilə bağlı addım atmağın vaxtıdır. Biz komandaya yeni adlar gətirməliyik. Əminəm ki, bu doğru yoldur".

Digər xəbərlər