AFFA "Neftçi"ni cərimələdi

AFFA "Neftçi"ni cərimələdi
Futbol
05 Mart 2019 - 14:37
Supersport.Az-ın məlumatına görə, AFFA İntizam Komitəsinin toplantısı keçirilib.

Qərara əsasən, 2 mart 2019-cu il, 2018/2019 mövsümündə,  XXVII Azərbaycan Premyer Liqasının XIX turunun "Neftçi" – "Sabah" matçında meydan sahibi klubun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 84-cü dəqiqəsində "Neftçi" klubunun 21 №-li futbolçusu Məhəmməd Mirzəbəyov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Digər xəbərlər