Baş İdarədə 5 mart – Bədən Tərbiyəsi və İdman Günüylə bağlı tədbir

Baş İdarədə 5 mart – Bədən Tərbiyəsi və İdman Günüylə bağlı tədbir
Digər
05 Mart 2019 - 00:35
Supersport.Az-ın məlumatına görə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri Baş İdarənin rəisi Raqif Abbasov giriş sözü ilə açaraq iştirakçıları 5 mart – Bədən tərbiyəsi və İdman Günü münasibətilə Gənclər və İdman naziri Azad Rəhimovun adından təbrik edib, il ərzində Baş İdarə ilə birgə fəaliyyət göstərən, o cümlədən idman növlərinin təbliği və inkişafında xidmətlər göstərmiş şəxslərı, yüksək nəticələr əldə etmiş, xüsusi fərqlənmiş idman qurumlarının rəhbərləri və idmançıları, həmçinin Baş İdarənin sifarişi ilə nəfis şəkildə çap olunmuş "İdman və Sağlamlıq" kitabının müəllifi və redaktorunu təqdim etmiş, hər bir kəsi qarşıdan gələn bayramlar münasibətilə təbrik edib.

Sonra Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının nəzdində Velosiped İdman Klubunun rəhbəri Vüqar Salahov, Bakı şəhər Tibbi  Bədən Tərbiyəsi Dispanserinin direktoru Nərmin Qasımova,  Abşeron Olimpiya İdman Kompleksinin direktoru Əjdər Abbasov, Hövsan Olimpiya İdman  Kompleksinin direktoru Elşən Əliyev, Çerlidinq Federasiyasının prezidenti Alla Vlasova , Qocyu-ryu okinava karate-do və kobudo kempo-ryu Federasiyasının baş katibi Pərviz Hüseynov, Alpaqut Federasiyasının vitse-prezidenti Rafiq Qasımov, kunq-fu üzrə əməkdar məşqçi Babək Hüseynov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşı Valentina Sultanova, 269 nömrəli tam orta məktəbin idman müəllimi Azər Ələkbərov, 26 nömrəli tam orta məktəbin idman müəllimi Rəfael Aşumov, 254 nömrəli tam orta məktəbin idman müəllimi Səməndər Allahverdiyev fəxri fərmanlarla təltif olunmuş, idmançılardan  aprel döyüşlərinin qazisi  Elməddin Rüstəmova, Ülvira Rüstəmliyə idman ustalığına namizəd, Elnaz Soltanlı və Zəhra Salmanlıya birinci dərəcə kitabçaları təqdim edilib.

Təltiflərdən sonra “İdman və Sağlamlıq” kitabının redaktoru, fəlsəfə doktoru , Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Şahrza Ağayev və kitabın müəllifi Seyvəddin Məmmədov söz alaraq tədbir iştirakçılarını təbrik etmiş və kitabın ərsəyə gəlməsində xüsusi rolu və köməyi olan Baş İdarənin rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, kitab haqqında geniş məlumat vermişlər.

Digər xəbərlər