Bakıda kikboksçular döyüşdü

Bakıda kikboksçular döyüşdü
Kikboks
04 Mart 2019 - 20:06
Supersport.Az-ın məlumatına görə, Baş İdarə tərəfindən Hövsan Olimpiya İdman Kompleksində "5 mart – Bədən Tərbiyəsi və İdman Günü" nə həsr olunmuş kikboksinq üzrə kadetlər arasında Bakı şəhər birinciliyi keçirilib. Yarışda Vətən İK, Titan İK, Mərd İK, Qızıl Əlcək İK, Figther İK, Xocalı İK, Kobra İK, Bakı İK, DİN İC, Ağdam İK, Qardaşlar İK, Uraqan İK, Olimpiya İK, Qarabağ İK, Neftçi İKİB, Sərhədçi İSM, Ağ Canavar İK, Qlobal İK-nı təmsil edən 268  nəfər idmançı mübarizə aparıb. Nəticələrə görə  20 kq çəki dərəcəsində Nizam Quliyev, 26 kq çəki dərəcəsində Orxan Əhmədov, 32 kq çəki dərəcəsində Eldar Mirzəyev, 39 kq çəki dərəcəsində Nihat Tağızadə, 45 kq çəki dərəcəsində Amin Quliyev, 47 kq çəki dərəcəsində Əsgər Musayev, 52 kq çəki dərəcəsində Elcan Tanrıverdiyev,  63 kq çəki dərəcəsində Orxan Babayev, 69 kq çəki dərəcəsində Əlirza Rzayev I yerlərə layıq görülüblər.

İlk üç yeri tutmuş idmançılar müvafiq dərəcəli diplomlar və medallarla təltif olunublar.

Digər xəbərlər