Nihat Kahveci: "Avroliqanın finalı Azərbaycan üçün böyük fürsətdir" - Video

Nihat Kahveci: "Avroliqanın finalı Azərbaycan üçün böyük fürsətdir" - Video
Futbol, Video
04 Mart 2019 - 18:46
Supersport.Az "Bakı 2019: Ulduzlar Finalı" adlı qarşılaşma üçün Azərbaycana səfər edən Türkiyə millisinin sabiq üzvü Nihat Kahvecinin fikirlərini videogörüntüsünü təqdim edir.

39 yaşlı veteran hücumçu əvvəlcə Bakı səfəri ilə bağlı təəssüratlarını bölüşüb.

- Əvvəl Türkiyə millisinin heyətində Bakıya gəlmişdim. Səhv etmirəmsə, 7 il əvvəl olub. Dünən hava limanından bəri görürəm ki, Bakı o gündən çox inkişaf edib, dəyişib. Dünən Ulduzlar Qarşılaşmasında iştirak etdim, yaxşı oyun oldu. Futbola ölkənizdə böyük dəstək var. Bu il Avropa Liqasının finalının Bakıda keçirilməsi ölkəniz üçün çox böyük şansdır. Belə möhtəşəm turnir vasitəsilə Azərbaycan daha da dünyada tanına bilər. Avropa Liqasında bu il çox güclü klublar - "Arsenal", "Napoli", Çelsi, "Benfika", "Vilyareal" və "Valensiya" kimi klublar var. Sanki bu yarış Çempionlar Liqasıdır. Buna görə də çox şanslı olduğunuzu düşünürəm. Bakıda gözəl bir final olacaq. Dünən bura gəldiyimizdən bəri yaxşı qarşılandıq, yaxşı vaxt keçirdik.  Buna görə də ölkə prezidenti İlham Əliyevə, AFFA-nın prezidentinə və azərbaycanlı qardaşlarıma öz minnətdarlığımı bildirirəm. Burda olmaqdan xoşbəxtəm.

Avropa Liqasında favorit komandanız hansıdır?
 - İstəyərdim ki, finala Türkiyə komandalarından biri yüksəlsin, təəssüf ki, klublarımız mübarizəni dayandırdı. Finalda İspaniya komandalarından biri olacağını düşünürəm. Əgər onlar növbəti mərhələlərdə bir-birilərinə rəqib olmasalar, böyük ehtimalla finalda azı 1 İspaniya təmsilçisi olacaq.

- Sabiq klubunuz "Vilyareal"ın şanslarını necə qiymətləndirirsiniz?

- "Vilyareal" İspaniya liqasında çətin günlər keçirir. Onların əsas məqsədi liqada qalmaq olacaq. Yəqin ki, Avropa Liqasının finalına qədər irəliləməyə gücləri çatmayacaq. Bu mərhələyə qədər yüksəlmələri də onlar üçün yaxşı nəticədir.

- Dünən, "Ulduzlar qarşılaşması"nda sabiq komanda yoldaşınız, Kovaçeviçi axtarmadınız?

- Əgər istəsəydilər, mən onu da Bakıya gətirərdim. Belə görürəm ki, mən "Real Sosyedad"da oynadığım vaxt oyunları sizin ölkədə göstəriblər deyə, burada çoxlu azarkeşlərimiz var.

Digər xəbərlər