Qurban Qurbanov: "Yurçeviç "Qarabağ"a simpatiyasını göstərdi" - Video

Qurban Qurbanov: "Yurçeviç "Qarabağ"a simpatiyasını göstərdi" - Video
Futbol, Video
04 Mart 2019 - 16:50
Supersport.Az "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun açıqlamasını təqdim edir.

Mütəxəssis, əvvəlcə iclas haqda danışıb:

"AFFA İcraiyyə Komitəsinin iclasında qısa danışıq oldu. Tovuzda açılacaq uşaq futbol akademiya və VAR sistemiylə bağlı müsbət fikir mübadiləsi aparıldı. Bundan əlavə, bəzi xırda məsələlər danışıldı. İcraiyyə Komitəsindən çıxmağımla bağlı hər hansı bir müzakirə olmadı. Hələ ki, burdayam".

Qurban Qurbanov, milli komandamızın yeni baş məşqçisi Nikola Yurçeviçlə söhbət etdiyini də bildirib:

"Yurçeviçlə qısa olaraq bəzi futbolçulardan söhbət elədik və kluba gəlmək istədi. 3-cü ya 4-cü günü bazamızda futbolçularla görüşmək istədiyini bildirdi. Mən də heç bir problem olmadığını dedim. Mənim tərəfimdən nə lazım olsa, hər zaman dəstək verməyə hazıram. Söhbətimiz çox normal keçdi. Bir daha bizim komandaya olan simpatiyasını göstərdi, həm də çox açıq söhbətimiz oldu. Məncə, burada qeyri-adi bir şey yoxdur. Hər bir halda, bizim borcumuzdur ki, bacardığımız qədər milli komandaya , futbolumuza kömək edək".

Digər xəbərlər