"Qarabağ"ın ispan futbolçusu AFFA-nı "vurdu" - Video

"Qarabağ"ın ispan futbolçusu AFFA-nı "vurdu" - Video
Futbol, Video
04 Mart 2019 - 14:39
Supersport.Az premyer liqanın 19-cu turunda "Keşlə"ni bir qolla məğlub edən "Qarabağ"ın futbolçusu Dani Kintananın meydançanın vəziyyətindən şikayətləndiyi məqamı videogörüntüyə alıb. İspan oyunçu, bu açıqlamayla AFFA-ya kəskin etirazını bildirib.

"Başa düşə bilmirəm ki, hətta birinci divizionda necə belə meydanda oynamağa icazə verilir. Bəli, süni örtüklü meydançalar var, ancaq onlar son nəsildir. Onlarda oynamağı anlamaq olar. Ancaq bu səviyyədə necə icazə verildiyini başa düşməkdə çətinlik çəkirəm".

"Nəzərə alsaq ki, bir qədər zədəyəmeylli oyunçu sayılırsan, bu gün zədələnmək qorxusu var idimi" sualına 32 yaşlı yarımmüdafiəçinin cavabı belə olub:

"Belə meydanlarda özümü rahat hiss etmirəm. Bunu fiziki yox, daha çox psixoloji çatışmazlıq adlandırardım. Bunun öhdəsindən gəlməyə çalışıram".


 

Digər xəbərlər