Karateçilərimzidən uğurlu nəticə

Karateçilərimzidən uğurlu nəticə
Karate, Digər
04 Mart 2019 - 00:22
Supersport.Az-ın məlumatına görə, karate üzrə milli komandanın üzvlərindən Asiman Qurbanlı (+84 kq) və Ayxan Mamayev (-84 kq) Avstriyanın Zalsburq şəhərində mötəbər Seriya A karate turnirində müxtəlif medallara sahib olublar.

A.Qurbanlı yarışın qalibi, A.Mamayev isə bürünc mükafatçı olub. Bürünc medal uğrunda həlledici görüşə qatılan Firdovsi Fərzəliyev (-60 kq) son saniyələrdə rəqibin mübahisəli zərbəsi ilə hesabda üstünlüyünü əldən verib.

1-3 mart tarixlərində Dünya Karate Federasiyasının (WKF) nüfuzlu yarışlarından Seriya A turnirinin bu mövsüm ilk mərhələsində rekord sayda, 99 ölkədən 2057 karateçi iştirak edib. Beynəlxalq hakim Cahangir Babayev final görüşlərini idarə edən xüsusi referilər qrupuna daxil edilib.

Milli komandamızı martın son günləri İspaniyada Avopa çempionatı gözləyir.

Məlumatı karate federasiyasının Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov verib.

Digər xəbərlər