Hamit Altıntop da Bakıda

Hamit Altıntop da Bakıda
Futbol
03 Mart 2019 - 11:57
"Bavariya", "Real" və "Qalatasaray" kimi komandalarda oynamış türkiyəli veteran futbolçu Hamit Altıntop da Bakıya gəlib.

Supersport.Az-ın AFFA-nın rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, martın 3-də keçiriləcək "Bakı 2019: Ulduzlar Finalı" yoldaşlıq oyununda dünyaca məhşur veteran futbolçularla yanaşı, Altıntop da meydana çıxacaq. Oyun Bakıdakı Avropa Liqasının finalı ilə əlaqədar təşkil olunacaq.

Qeyd edək ki, Hamitdən başqa, keçmiş futbolçular Eydur Qudyonsen, Maykl Esyen, Anderson Luis de Souza (Deku), Yeju Dudek, Revaz Arveladze və Nihat Kahveci də yoldaşlıq oyununda iştirak edəcək. Görüş saat 11:00-da başlayacaq

Digər xəbərlər