Messi Peleni təkrarladı - Foto

Messi Peleni təkrarladı - Foto
Futbol, Foto
25 Fevral 2019 - 15:35


Supersport.Az-ın məlumatına görə, İspaniya La Liqasının 25-ci turunda "Sevilya" qarşılaşmada hət-trik edən "Barselona"nın əsas silahı Lionel Messi əfsanəvi futbolçu Pelenin hərəkətini təkrar edib.

Argenitinalı futbolçu ikinci qolun ardıdan komanda yoldaşı Usman Dembeleni qucaqlayaraq əlini göyə qaldırıb. Bu kadr əfsanəvi forvard Pelenin 1970-ci ildə İtaliya yığmasının qapısına vurduğu qoldan sonra sevincini xatırladıb. Oyunda braziliyalılar 4:1 hesabıyla qələbə qazanıblar.

Xatırladaq ki, "Barselona"nın səfərdə "Sevilya"nı 4:2 məğlub etdiyi matçda Messi hət-trik edib və 1 effektli ötürmə verib.

 

Digər xəbərlər