Qurban Qurbanov oğlu haqda: "Qol vurmaq o demək deyil ki..." - Video

Qurban Qurbanov oğlu haqda: "Qol vurmaq o demək deyil ki..." - Video
Futbol, Eksklüziv, Video
23 Fevral 2019 - 21:19
Supersport.Az-ın məlumatına görə, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov əvəzedici komandada çıxış edən oğlu Musa Qurbanlı haqda fikirlərini bildirib.

Gənc futbolçu, istər U-19 millimizdə, istərsə də Ağdam klubunun ikinci klubunda qolları sıralamaqla diqqət çəkib.

Təcrübəli mütəxəssis Qurban Qurbanov "Musanı əsas komandada nə zaman görə bilərik" sualına cavabında, daha çox çalışmağın vacibliyini qeyd edib:

"Təəssüf ki, qəti nəsə deyə bilməyəcəm. Oynayır, lakin əsas komandaya cəlb etmək tezdir, gəncdir. Bilmək olmaz, layiq olacaq-olmayacaq. Qol vurmaq o demək deyil ki, böyük futbolçudur, əsas komandada oynamalıdır. Hələ ki, cavandır. həddindən artıq çox çalışmalıdır".

Digər xəbərlər