Avropa Liqasında püşk: "Dinamo"ya "Çelsi" rəqib oldu

Avropa Liqasında püşk: "Dinamo"ya "Çelsi" rəqib oldu
Futbol
22 Fevral 2019 - 16:46
Bu gün UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında Avropa Liqası 1/8 final mərhələsinin püşkü atılıb.

Supersport.Az-ın məlumatına görə, bu raundda İspaniya 3, İngiltərə, İtaliya və Rusiya 2, Almaniya, Portuqaliya, Fransa, Ukrayna, Avstriya, Çexiya və Xorvatiya isə 1 komanda ilə təmsil olunub.

Püşkün nəticəsinə əsasən, 1/8 final mərhələsində qarşılaşacaq komandalar:

"Çelsi" (İngiltərə) - "Dinamo" (Kiyev, Ukrayna)

"Ayntraxt" (Almaniya) - "İnter" (İtaliya)

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Benfika" (Portuqaliya)

"Napoli" (İtaliya) - "Zalsburq" (Avstriya)

"Valensiya" (İspaniya) - "Krasnodar" (Rusiya)

"Sevilya" (İspaniya) - "Slaviya" (Çexiya)

"Arsenal" (İngiltərə) - "Renn" (Fransa)

"Zenit" (Rusiya) - "Vilyarreal" (İspaniya)


1/8 final mərhələsinin ilk oyunları martın 7-də, cavab görüşləri isə 14-də olacaq.

Qeyd edək ki, Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.


Digər xəbərlər