Eksklüziv: Nikola Yurçeviçin AFFA rəhbərliyindən tələbi

Eksklüziv: Nikola Yurçeviçin AFFA rəhbərliyindən tələbi
Futbol, Eksklüziv
22 Fevral 2019 - 16:29
Supersport.Az-a daxil olan məlumata görə, millimizin yeni baş məşqçisi Nikola Yurçeviç futbolumuzun səviyyəsindən narazıdır.

Premyer liqada bir neçə oyunu izləyən 52 yaşlı xorvat mütəxəssis, AFFA-nın təyinatının ardından qurum rəhbərliyinə tələb irəli sürüb.

Yurçeviç, ilk növbədə çempionatda komandaların azlığından narahat olduğunu və klubların sayının artırılmasının vacibliyini diqqətə çatdırıb. Bu haqda yerli mütəxəssislər də dəfələrlə iradlarını bildiriblər.

Portalımıza verilən xəbərdə bildirilir ki, AFFA rəhbərliyi yeni mövsüm komandaların sayını 14-ə çatdırmağı planlaşdırıb.

Qeyd edək ki, hazırda Azərbaycan premyer liqasında 8 klub mübarizə aparır. Ermənistan çempionatında isə 9 komanda iştirak edir.  

Digər xəbərlər