Supersport.Az premyer liqanın 17-ci turunda “Qəbələ”ni məğlub edən “Qarabağ”ın aparıcı futbolçusu Riçard Almeydanın stadionu axsayaraq tərk etdiyi məqamı videogörüntüyə alıb. Braziliyalı yarımmüdafiəçi, 2:1 hesablı qələbədə penaltidən ilk qolu vurub. Oyun zamanı gərgin mübarizədə zədə alan Almeyda, açıqlamasında çiyninin ağrıdığını bildirib.
