Azərbaycan qızıl medal qazana bilmədi

Azərbaycan qızıl medal qazana bilmədi
Karate, Digər
18 Fevral 2019 - 02:37
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində Premyer Liqa turniri başa çatıb. Dünya Karate Federasiyasının (WKF) nüfuzlu Karate1 Premyer Liqa seriyasından mövsümün ikinci mərhələsində 86 ölkədən 737 karateçi mübarizə aparıb.

Supersport.Az-ın məlumatına görə, idmançılarımızdan heç biri qızıl medal qazana bilməyib.

Yarışın son günü Azərbaycan karateçiləri 4 medal uğrunda mübarizə aparıblar. Dünya çempionu İrina Zaretska (-68 kq) qızıl medala, Rafael Ağayev (-75 kq), Turqut Həsənov (-84 kq), eləcə də İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət kata milli komandası isə bürünc mükafata sahib olmaq üçün tatamiyə çıxıb.

Kata, komanda yarışları

Bürünc medal uğrunda görüş

Azərbaycan - İspaniya 23.74 : 25

-75 kq

Bürünc medal uğrunda görüş

Rafael Ağayev - Loqan Da Kosta (Fransa) 3:0

Əvvəlki mərhələlər

1. İvan Martinaç (Xorvatiya) - Aleksandr Şerban (Rusiya) görüşünün qalibi ilə ikinci dövrədə - 1:0

2. Andrea Minardi (İtaliya) - 4:0

3. Erman Eltemur (Türkiyə) - 2:0

1/2 final

Bəhmən Əsgəri (İran) - 0:2

 

-84 kq 

Bürünc medal uğrunda görüş

Turqut Həsənov - Zəbulla Purşab (İran) 0:1

Əvvəlki mərhələlər

1. Mehdi Cecina (Fransa) - 4:1

2. Lahad Sisse (Seneqal) - 2:1

3. Mohamed Alkotbi (Misir) - əsas vaxt 1:1, hakimlərin qərarı ilə (Hantei) 4:1

1/4 final

Uğur Aktaş (Türkiyə) - 0:1, vaxtından əvvəl cərimə xalları cəzalandırılaraq məğlub oldu.

Təsəlliverici görüşlər

5. Daniyar Yuldaşev (Qazaxıstan) - Miçel Martina (İtaliya) görüşünün qalibi ilə - 4:0

-68 kq

Final

İrina Zaretska - Feryal Abdelazez (Misir) 1:2

Əvvəlki mərhələlər

1. Yohanna Kneer (Almaniya) - Viktoriya İsayeva (Rusiya) görüşünün qalibi ilə ikinci dövrədə - 4:0

2. Linqlinq Tang (Çin) - 3:1

14 final

Nada Mohamed (Misir) - əsas vaxt 3:3, hakimlərin qərarı ilə (Hantei) 3:2

1/2 final

Alizee Agier (Fransa) - 4:2

 

 

 

Digər xəbərlər