"Səbail" yerini bərkitdi, "Qarabağ" liderlə fərqi azaltdı

"Səbail" yerini bərkitdi, "Qarabağ" liderlə fərqi azaltdı
Futbol
17 Fevral 2019 - 19:22
Bu gün Azərbaycan Premyer Liqasında 17-ci tura yekun vurulub.

Supersport.Az-ın məlumatına görə, iki oyun keçirilib.

Günün ilk qarşılaşmasında "Səbail" "Sabah"ı məğlub edib.

Tura mərkəzi oyunu Respublika stadionunda "Qarabağ" "Qəbələ"ni sınağa çəkib. Ağdam klubu lider "Neftçi"nin büdrəməsindən yararlanaraq "ağ-qaralar"la xal fərqini minimuma endirməyə çalışıb. "Qarabağ" "Qəbələ"yə qalib gəlməklə liderə yaxınlaşıb.

Azərbaycan Premyer Liqası, 17-ci tur

17 fevral (bazar)

17:30. “Qarabağ” – “Qəbələ” - 2:1


Qol: Riçard Almeyda, 4-pen., Filip Ozobiç 30 - Cavid Hüseynov 28-pen.

Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Eyyub İbrahimov, Etibar Həsənov
Tofiq Bəhramov adına Respublika stadionu

15:00. “Səbail” – “Sabah” - 1:0


Qol: Ağabala Ramazanov, 65

Hakimlər: Rəvan Həmzəzadə, Rza Məmmədov, Əli Cəbrayılov, Kamal Umudlu
“Bayıl Arena”

16 fevral (şənbə)

"Zirə" – "Neftçi" - 0:0

"Keşlə" – "Sumqayıt" - 2:1





























































































NKlublarOQHMT-FX
1Neftçi17115129-1138
2Qarabağ17114237-1637
3Səbail1783620-1527
4Qəbələ1765620-2023
5Sabah1762814-2120
6Keşlə17431018-2915
7Sumqayıt17431014-2515
8Zirə1735914-2714

Bombardirlər


Mahir Mədətov ("Qarabağ") - 7 qol
Baqali Dabo ("Neftçi") - 7 qol
Marko Deviç ("Sabah") -7 qol

Digər xəbərlər