"Traktorsazi"nin qələbəsinə möhtəşəm şərh - Video

"Traktorsazi"nin qələbəsinə möhtəşəm şərh - Video
Futbol, Video
16 Fevral 2019 - 15:27
Supersport.Az-ın məlumatına görə, İran Super Liqasının 18-ci turunda "Traktorsazi" əsas rəqibi Tehranın "İstiqlal" klubunu sınağa çəkib. Təbrizin 70 min nəfərlik "Səhənd" stadionunda keçirilən oyunda Cənubi Azərbaycan komandası 1:0 hesablı qələbəyə sevinib.
Qarşılaşmanın gedişində "Traktorsazi"nin üç azarkeşinin səhhəti pisləşdiyindən təcili xəstəxanaya aparılıb. Hazırda onların vəziyyəti normaldır. Klub nümayəndələri fanatları ziyarət edib.

Qeyd edək ki, İranın 16 komandanın iştirak etdiyi çempionatında ilk üç yeri "Sepahan" (38 xal), "Persepolis" (37 xal) və "Padideh" (35 xal) tutur.  "Traktorsazi" 18 turdan sonra 33 xalla turnir cədvəlində 4-cü pillədədir.

Digər xəbərlər