Fatih Terim: "UEFA, kubokunu ögey övlad hesab edir" - Video

Fatih Terim: "UEFA, kubokunu ögey övlad hesab edir" - Video
Futbol, Video
15 Fevral 2019 - 15:40
Supersport.Az-ın məlumatına görə, Avroliqada "Benfika"ya məğlub olan "Qalatasaray"ın baş məşqçisi Fatih Terim UEFA-nı sərt tənqid edib. Təcrübəli mütəxəssis hesab edir ki, oyunun ispan baş hakimi Gil Manzano penalti epizodunda kobud səhvə yol verib.  

"İmperator" komandasında çatışmazlıq olduğunu, səhvlərdən nəticə çıxarmağın vacibliyini bildirib.

"Penalti oyunun nəticəsinə təsir etdi. Buna qədər yaxşı oyun gedirdi. Biz də baxdıq, təəssüf ki, hakimin qərarı belə oldu. Penalti olduğunu düşünmürəm. UEFA, öz kubokuna ögey övlad kimi yanaşır. O bir tərəfdə "VAR" var, burda yoxdur. Yaxşı oynasaq da, haqsız penalti mənfi təsir edti. Bərabərlik qolunu vursaq da, ancaq ciddi zədələyən qol buraxdıq. Belə səhv olmaz. İndi işimiz çox çətindir. Ümidimi heç vaxt itirmirəm. "Qalatasaray da məğlub olmamalıdır. Revanş almaq üçün əlimizdən gələni edəcəyik".

Digər xəbərlər