Tanınmış şərhçi "İdman-Azərbaycan"da rəhbər oldu

Tanınmış şərhçi "İdman-Azərbaycan"da rəhbər oldu
Futbol
13 Fevral 2019 - 00:57
Supersport.Az-ın məlumatına görə, "İdman-Azərbaycan"da rəhbər dəyişikliyi olub.

AzTV sədrinin səlahiyyətlərini icra edən Rövşən Məmmədovun sərəncamı ilə tanınmış idman şərhçisi Siyavuş Əliyev telekanalının direktor əvəzi təyin olunub.

"İdman-Azərbaycan"ın bir müddət əvvəl 10 illiyi tamam olub. Həmkarımız telekanal yarandığı ilk dövrdən fəaliyyət göstərir. Son zamanlar tanınmış Formula1 mütəxəssisi Rahim Əliyevlə qran-pri yarışlarını şərhçilik edib. Bir müddət öncə isə, digər tanınmış reportyor Bəylər Mirzəyev müavin təyin olunub.

 

Digər xəbərlər