"Qarabağ"da üç zədəli futbolçu

"Qarabağ"da üç zədəli futbolçu
Futbol
12 Fevral 2019 - 23:40






Supersport.Az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının XVII turunda qarşılaşacaq "Qarabağ" "Qəbələ"ylə matçın hazırlığına start verib. Klubun bazasında baş tutan məşqdə futbolçular isinmə hərəkətlərinin ardından fiziki təmrinləri yerinə yetirib. Daha sonra isə taktiki çalışmayla məşq yekunlaşıb. Zədəli futbolçulardan Araz Abdullayev və Mahir Mədətov isə hazırlığın ilk hissəsində komandayla məşq etsə də, daha sonra fərdi olaraq çalışmaları yerinə yetirib. Daha bir zədəli futbolçu - Miçel isə məşqdə iştirak etməyib.






 

Digər xəbərlər