Nikola Yurçeviç millimizin baş məşqçisi oldu - Şəkil

Nikola Yurçeviç millimizin baş məşqçisi oldu - Şəkil
Futbol, Foto
11 Fevral 2019 - 19:51
AFFA-nın İcraiyyə Komitəsinin iclasında bir sıra qərarlar qəbul edilib.


Supersport.Az-ın məlumatına görə, U-19 yığmamızı Avropa çempionatının elit raunduna daşıyan məşqçi Vüqar Məmməd istefaya göndərilib, Samir Əliyev təyin olunub. Uğur qazanan çalışdırıcının yola salınması qəribə qərar hesab olunmalıdır.


Qəbul olunan qərarlar belə olub:


1. Nikola Yurçeviç Azərbaycan milli komandasının baş məşqçisi təyin olunsun. Yaxın günlərdə məşqçi ilə müvafiq müqavilə imzalanacaq.


2. Adları aşağıda göstərilmiş məşqçilər müvafiq yaş qruplarından ibarət milli komandaların baş məşqçisi təyin olunsun:


- Milan Obradoviç – Azərbaycan U-21


- Samir Əliyev – Azərbaycan U-19


- Miloş Velebit – Azərbaycan U-15, U-16


Miloş Velebit, eyni zamanda, U-15, U-16, U-17, U-18 və U-19 milli komandalarının koordinatoru kimi fəaliyyət göstərəcək.

Digər xəbərlər