Çempion 1 trilyon dollar tələb etdi - Şəkillər
Digər, Boks, Foto
11 Fevral 2019 - 00:21
Supersport.Az-ın məlumatına görə, milyardçı peşəkar boksçu Floyd Meyvezer bəzi döyüşlər keçirərək qazancını artırmaq istəyir.
Məğlubedilməz çempion qaydasız döyüşə başlamaq fikrindədir və bu məqsədlə UFC rəhbrəliyi ilə danışıq aparmağı planlaşdırıb.
Meyvezer 3-4 döyüş keçirmək niyyətindədir.
Karyerasında əli pulla oynayan titullu idmançı UFC tarixində rekord məbləğ tələb edib.
"UFC ilə yaxın vaxtlarda razılığa gələ bilərəm. Qəbul etsələr, 1 trilyon dollara bu iş olar. Açıq danışsaq, möhtəşəm həyatım var. Həyatımın sonuna qədər pullarım mənə kifayətdir. Yaşamaq üçün hər şey ala bilərəm.
"Forbes" jurnalının araşdırmasına əsasən, məğlubedilməz çemionun karyerasında gəliri ötn il 1,07 milyard dollara çatıb.
İki il əvvəl qaydasız döyüşdə Konnor MakQreqoru 10-cu raundda texniki nokautla məğlub edən Meyvezer, bu döyüşdən sponsorlarlarla birlikdə 285 milyon dollar qazanıb.
Məşhur idmançı karyerasında 48 dəfə rinqə çıxıb, uduzmayıb. Çempionun 88 lüks avtombili var.
Konor MakQreqoru nkaut edən dağıstanlı Həbib Nurmuhammədov Meyvezerə meydan oxusa da, bu döyüş gerçəkləşməyib.
"Mən hər zaman özümün rəhbəriyəm. Həbiblə döyüşün necə bitəcəyini bilmirəm. Ancaq sonda nəsə edəcəyik".