"Keşlə"də iki transfer

"Keşlə"də iki transfer
Futbol
08 Fevral 2019 - 19:45
Azərbaycan Premyer Liqasının autsayderi olan "Keşlə" qış transfer dövrünün son günündə iki futbolçunun keçidini açıqlayıb.

Supersport.Az xəbər verir ki, paytaxt klubu venesuelalı Luis Anxelo Penya və ukraynalı Valeri Kutsenko ilə müqavilə imzalayıb.

Hücumameyilli yarımmüdafiəçi olan 29 yaşlı Anxelo Penya ilə ilyarımlıq, 32 yaşlı mərkəz yarımmüdafiəçisi Kutsenko ilə isə mövsümün sonunadək müqavilə bağlanıb.

Digər xəbərlər