Millimiz dünya siyahısında gerilədi

Millimiz dünya siyahısında gerilədi
Futbol
07 Fevral 2019 - 15:21


FİFA milli komandaların reytinq cədvəlini açıqlayıb.

Supersport.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, dekabrla müqayisədə millimiz 1 pillə geriləyib. Bundan əvvəlki reytinqdən sonra heç bir oyun keçirməyən komanda 1206 xalla 108-ci yerdədir.

Millimizin Avro-2020-nin seçmə mərhələsindəki rəqiblərindən Xorvatiya (1634) 4-cü,  Uels (1525) 19-cu, Slovakiya (1483) 29-cu, Macarıstan (1412) 52-ci pillədədir.

Qeyd edək ki, siyahıya 1727  xalla Belçika başçılıq edir. Fransa 2-ci (1726), Braziliya isə 3-cü (1676) yerdə qərarlaşıb.

 


Digər xəbərlər