Reynaldoyla Migelin vəziyyəti necədir?

Reynaldoyla Migelin vəziyyəti necədir?
Futbol, Eksklüziv
06 Fevral 2019 - 21:54
Supersport.Az-ın məlumatına görə, altıqat ölkə çempionu "Qarabağ" "Sumqayıt"la oyuna hazırlaşır.

Gündə bir dəfə məşq edən komandanın iki aparıcı futbolçusu ciddi zədəlidir.

Müxbirimizin əldə etdiyi xəbərə görə, Reynaldo Silva əsasən fərdi çalışır, klubla az hazırlaşa bilir. "Neftçi"ylə oyunu buraxan 30 yaşlı braziliyalı hücumçunun "Sumqayıt"la görüşdə iştirakı sual altındadır.

Migel Markos Madeyraya gəlincə, məşqlərdən kənarda qalıb və hazırda müalicə olunur. 34 yaşlı ispan yarımmüdafiəçinin bərpa müddətinin iki həftə davam edəcəyi gözlənilir.

Süleyman

 

Digər xəbərlər