Eksklüziv: AFFA daha bir şəxsi "vurdu"

Eksklüziv: AFFA daha bir şəxsi "vurdu"
Futbol, Eksklüziv
05 Fevral 2019 - 20:05
AFFA-da "təmizləmə əməliyyatı" davam edir.

Supersport.Az-ın əldə etdiyi xəbərə görə, daha bir şəxs kənarlaşdırılıb.

Məlumatda bildirilir ki, qurumun Hakimlər Departamentinin rəhbəri, sabiq FİFA referisi Fritz Stuxlik Namiq Məstanovun oyunlarda AFFA nümayəndəsi kimi fəaliyyətinə qadağa qoyub. Məstanovun işi avstriyalı mütəxəssisi qane etmədiyindən belə addım atıb.

N.Məstanov qış fasiləsinədək 5 qarşılaşmaya təyinat alıb və ümumilikdə 1250 manat qazanıb. Üç turdur bu şəxsə oyunlar həvalə olunmayıb.

Xatırladaq ki, bundan əvvəl Xaqani Məmmədov Hakimlər Komitəsi, Əli Hüseynov Hakim-İnspektorlar Komitəsində sədr vəzifəsindən, həmçinin AFFA-dan ömürlük kənarlaşdırılıb.

Peşəkar Futbol Liqasının baş direktoru Məlik Həsənovun AFFA nümayəndəsi kimi çalışmasına qadağa qoyulub. Adıçəkilən şəxslərin cəzalanmasının səbəbi işlərində verdiyi ciddi nöqsanlar göstərilir.

Mübariz

Digər xəbərlər