Derbidə 6000 tamaşaçı

Derbidə 6000 tamaşaçı
Futbol
05 Fevral 2019 - 15:52
Supersport.Az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasında 2018/19 mövsümünün yeni rekordu qeydə alınıb. Bu, XV turun "Qarabağ" – "Neftçi" qarşılaşmasında olub. Oyun 1:1 hesabı ilə başa çatıb və görüşü 6000 tamaşaçı izləyib.

Bunadək ən çox tamaşaçı "Sabah" – "Qarabağ" matçında (0:2) qeydə alınmışdı. "Əlincə Arena"da keçirilən VI turun qarşılaşmasını 4500 tamaşaçı seyr etmişdi. Mövsümün 3-cü göstəricisi isə IX turda keçirilən "Neftçi" – "Qarabağ" oyununda (3:1) olub. Matçda 4000 tamaşaçı qeydə alınıb.

Ümumilikdə isə XV turun 4 oyununu 7180 tamaşaçı izləyib. Bu da mövsümün əvvəlki rekordunun qeydə alındığı VI turdakından 280 nəfər çoxdur.

Digər xəbərlər