"Neftçi"nin baş məşqçisi: "Qarabağ"la oyunun nəticəsindən razıyam" - Video

"Neftçi"nin baş məşqçisi: "Qarabağ"la oyunun nəticəsindən razıyam" - Video
Futbol, Video
04 Fevral 2019 - 01:00
Supersport.Az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının 15-ci turda "Qarabağ"la qollu heç-heçəyə razılaşan "Neftçi"nin baş məşqçisi Roberto Bordin fikirlərini bildirib.

İtaliyalı mütəxəssis azlıqda qalmasına baxmayaraq, sonadək mübarizə aparıb, nəticəni qoruya bildiyi üçün komanda üzvlərinə təşəkkür edib: "Oyuna yaxşı başlamadıq. Bununla belə, sonradan özümüzə gəldik, yaxşı hücumlar qurmağa başladıq. Matçın bizim üçün yaxşı getdiyi məqamda futbolçumuz qırmızı vərəqə aldı. Buna baxmayaraq, sonadək mübarizə aparıb, nəticəni qoruya bildik. Bu münasibətlə futbolçularımızı təbrik edirəm.

Azlıqda qalandan sonra hesabı qoruduğumuz üçün deyə bilərəm ki, uğurlu nəticədir. Qırmızı vərəqəyə qədər komandamız gözəl oyun nümayiş etdirdi. Rəqib qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yarada bildik. Azlıqda qalandan sonra isə əks-hücumlara üstünlük verdik. Azarkeşlərimizə təşəkkür edirəm. Stadiona gəlib, bizi sonadək dəstəklədilər. Sanki evdə oynayırdıq. Onları növbəti matçlarda da gözləycəcəyik".

Digər xəbərlər