"Sabah" 2, "Səbail" 3 qolla qalib gəldi

"Sabah" 2, "Səbail" 3 qolla qalib gəldi
Futbol
02 Fevral 2019 - 20:52
Bu gün Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısı başlayıb.

Supersport.Az-ın məlumatına görə, 15-ci turun açılış matçında "Zirə" debütant "Sabah"ı qəbul edib. İlk iki dövrədə rəqibinə uduzan Samir Abasovun komandası sonuncu pillədən uzaqlaşmaq üçün mütləq qalib gəlməli idi. "Sabah" isə 4-cü pillədəki mövqeyini qorumaq üçün qələbə qazanmağa çalışmalıydı. Debütant bu dəfə də qalib gəlib.

Günün digər oyununda isə "Keşlə" doğma meydanda "Səbail"lə qarşılaşıb. Qonaq komanda 3 qolla qələbə qazanıb.

Tura sabah yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

XV tur

2 fevral (şənbə)

16:30. “Zirə” – “Sabah” - 0:2


Qollar: Marko Deviç, 47-pen, Rəşad Eyubov 68


Qırmızı vərəqə: Məqsəd İsayev, 25 ("Sabah", iki sarı vərəqə), Vüqar Mustafayev, 62 ("Zirə")


Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Nahid Əliyev, Nicat İsmayıllı
Zirə İdman Kompleksinin stadionu


19:00. “Keşlə” – “Səbail” 0-3


Qollar: Kevin Kubemba 14, Elvin Yunuszadə 53, Ağabala Ramazanov 59

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Mübariz Haşımov, Rauf Allahverdiyev
“ASK Arena"

3  fevral (bazar)

14:00. “Qəbələ” – “Sumqayıt”


Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Kamal Umudlu
Qəbələ şəhər stadionu

18:30. “Qarabağ” – “Neftçi”


Hakimlər: Rəvan Həmzəzadə, Knyaz Əmiraslanov, Vüqar Bayramov, Səbuhi Bayramov
Tofiq Bəhramov adına Respublika Stadionu





























































































NKlublarOQHMT-FX
1Neftçi14103126-1033
2Qarabağ1493232-1430
3Səbail1463516-1421
4Sabah1452712-2017
5Qəbələ1445517-1817
6Sumqayıt1443713-2015
7Keşlə1433816-2312
8Zirə1424812-2510

Bombardirlər

Mahir Mədətov ("Qarabağ") - 7 qol
Baqali Dabo ("Neftçi") - 7 qol
Marko Deviç ("Sabah") -7 qol
Mirabdulla Abbasov ("Neftçi") - 6 qol
Ceyms Adeniyi ("Qəbələ") - 6 qol
İnnosent Emeqara ("Qarabağ") - 5 qol

Digər xəbərlər