Superliqanın bombardiri "Qalatasaray"da

Superliqanın bombardiri "Qalatasaray"da
Futbol
31 Yanvar 2019 - 20:00
"Qalatasaray" heyətini yeni hücumçu ilə gücləndirib.

Supersport.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, İstanbul təmsilçisi "Kasımpaşa"dan Mbaye Dianı transfer edib. Seneqallı forvardla 4.5 illik müqavilə bağlayan "sarı-qırmızılılar" qarşı tərəfə 10 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, ötən ilin qışında "Kasımpaşa"ya keçən 27 yaşlı futbolçu bu mövsüm 17 oyunda vurduğu 20 qolla hazırda Superliqanın bombardiridir.

Digər xəbərlər