Emil Balayev rəsmən "Tobol"da

Emil Balayev rəsmən "Tobol"da
Futbol
31 Yanvar 2019 - 00:33


Millimizin və "Səbail"in qapıçısı Emil Balayevin Qazaxıstanın "Tobol" klubuna keçidi rəsmiləşib.

 

Supersport.Az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 24 yaşlı qolkiper ilə iki illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Emil Balayev karyerası ərzində "Neftçi", "Sumqayıt", "Araz Naxçıvan", "Qarabağ" və Almaniyanın "Ayntraxt" komandalarının da formasını geyinib.

Digər xəbərlər