"Neftçi" əcnəbi futbolçunu yola saldı

"Neftçi" əcnəbi futbolçunu yola saldı
Futbol
31 Yanvar 2019 - 10:44
"Neftçi” daha bir futbolçusu ilə yolları ayırıb.

Supersport.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, xorvatiyalı müdafiəçi Slavko Braliçlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

Qeyd edək ki, "Neftçi" Braliçlə keçən ilin yayında 1 illik müqavilə bağlamışdı. O, bu mövsüm "ağ-qaralar"ın heyətində 13 oyunda meydana çıxıb.

Digər xəbərlər