Klublarımızın transferə xərclədiyi pul

Klublarımızın transferə xərclədiyi pul
Futbol
30 Yanvar 2019 - 20:24
FİFA 2018-ci ildə klubların transferlərə xərclədiyi vəsaitin hesabatını hazırlayıb.

Supersport.Az-ın ali futbol qurumunun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan klubları ötən il yeni oyunçulara ümumilikdə 2.1 milyon dollar xərcləyib. Ölkəmiz bu göstərici ilə 47-ci sırada qərarlaşıb.
Siyahının ilk pilləsində transferə 1 milyard 981,3 milyon dollar pul xərcləyən İngiltərə yer alır. İspaniya 1 milyard 352.5 milyon dollarla ikinci, İtaliya isə 848.9 milyon dollarla (29.8% artım) üçüncü pillədə qərarlaşıb.

Azərbaycan klublarının transfer gəlirləri isə 1.4 milyon dollar təşkil edib. Ölkə bu göstəricidə 73-cü sıradadır. Gəlirə görə isə ilk sırada Fransa (936.3 milyon dollar), ikinci yerdə İngiltərə (935.2 milyon), üçüncü yerdə isə İspaniya (908 milyon) qərarlaşıb.

Qeyd edək ki, 2017-ci illə müqayisədə Azərbaycan təmsilçilərinin ümumi transfer xərcləri 61,6% azalıb, gəlirləri isə 95.7% artıb.

Digər xəbərlər