"Qəbələ" Bakı Olimpiya Stadionunu seçdi

"Qəbələ" Bakı Olimpiya Stadionunu seçdi
Futbol
29 Yanvar 2019 - 22:50
"Qəbələ" Premyer Liqanın XV turunun hazırlıqlarına start verib. Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışından sonra iki günlük istirahətə buraxılan komanda Bakıda bir araya gəlib. "Qəbələ"nin "Sumqayıt"la fevralın 3-də keçirəcəyi qarşılaşmanın ilk hazırlığı Bakı Olimpiya Stadionunda baş tutub. Günün ilk yarısında olan məşq prosesi iki hissədən ibarət olub. Futbolçular əvvəl fiziki hazırlıq keçiblər. Ardınca meydanda məşq edən oyunçular əsasən toplu çalışmaları yerinə yetiriblər. Komandanın növbəti məşqi sabah paytaxtda baş tutacaq.

Xatırladaq ki, fevralın 3-də keçiriləcək "Qəbələ" – "Sumqayıt" oyunu saat 14:00-da başlayacaq. Matç Qəbələ şəhər stadionunda keçiriləcək.

Digər xəbərlər