"Qarabağ"ın fədaisi Adil Nadirovun vida mərasimi - Şəkillər

"Qarabağ"ın fədaisi Adil Nadirovun vida mərasimi - Şəkillər
Futbol, Eksklüziv, Foto
28 Yanvar 2019 - 22:57
"Qarabağ"ımızın daha bir əfsanəsi Adil Nadirov Qarabağsız haqq dünyasına qovuşub.

"Qarabağ"ın təsisçilərindən biri, sabiq futbolçu və əməkdar məşqçi Adil Nadirov bu gün 69 yaşında vəfat edib. 

Tanınmış mütəxəssisin vida mərasimində klubun məşqçisi Müşfiq Hüseynov, direktoru Əmrah Çəlikəl, baş meneceri Asif Əsgərov, baş mühasibi Əli Əkbərov, məsləhətçisi Murat Karaman, həmçinin keçmiş oyunçusu Vüqar Nadirov, jurnalist Asəf Quliyev, veteran futbolçular, fanatlar və başqa şəxslər iştirak edib mərhuma Allahdan rəhmət diləyiblər.

Supersport.Az-ın məlumatına görə, AFFA və PFL-dən isə heç bir nümayəndə Azərbaycanın əməkdar məşqçisi, uzun illər "Qarabağ"ın yaşaması üçün canını fəda edən Adil Nadirovun dəfninə gəlməyib. 

Vida mərasimində mediadan yalnız saytımızın təmsilçisi olub.     

Supersport.Az-ın əməkdaşı vida mərasimindən şəkillər təqdim edir:



 

Digər xəbərlər