"Qəbələ"yə qarşı erməni futbolçu oynadı - Foto

"Qəbələ"yə qarşı erməni futbolçu oynadı - Foto
Futbol, Foto
29 Yanvar 2019 - 00:35
Türkiyənin Antalya şəhərində yanvarın 20-də "Qəbələ" - "Yenisey" yoxlama qarşılaşmasında şəhidlərimiz sükütla xatırlanmışdı.

Rusiya klubunun heyətində olan iki erməni futbolçudan biri oyunda iştirak edib.

"Yenisey"in Türkmənistan doğumlu 32 yaşlı qolkiperi, rusiyalı David Yurçenko (şəkildə 55 nömrə - red.) birinci hissədə meydanda olub və fasilədə əvəz olunub. Davidin anası ermənidir.

Dörd qollu matç heç-heçə başa çatıb və komandalar ikinci taymda fərqləniblər.

Ermənistan yığmasının 32 yaşlı hücumçusu Artur Sarkisov isə oyundan kənarda qoyularaq meydana buraxılmayıb.

 

 

Digər xəbərlər