"Neftçi"nin "Şerif"in futbolçusunu gətirmək istəyi

"Neftçi"nin "Şerif"in futbolçusunu gətirmək istəyi
Futbol
28 Yanvar 2019 - 01:04
Supersport.Az-ın əldə etdiyi məlumata görə, "Neftçi" "Şerif"in aparıcı üzvü Ziqi Badibanqanı heyətinə cəlb etmək üçün hərəkətə keçib.

"Ağ-qaralar"ın baş məşqçisi Roberto Bordin sabiq klubundan tanıdığı futbolçunun transfer olunmasına müsbət yanaşır.

"Şerif"in belçikalı hücumçusunun illik qazancının 500 min avro olduğu, "Neftçi"nin düşündüyü bildirilir. 27 futbolçu Moldova klubunun heyətində qitə yarışlarında ən çox - 7 qol vurub. 2017-ci ildə Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununda "Qarabağ"ın səfərdə "Şerif"i 2:1 hesablı məğlub etdiyi qarşılaşmada Badibanqa penaltidən fərqlənib.

Qeyd edək ki, belçikalı futbolçunun klubuyla müqaviləsi 2019-cu ilin yayında başa çatır. Azərbaycanda qış transfer müddəti 8 fevralda bitəcək. 

Digər xəbərlər