Portuqaliya Kubokunu "Sportinq" qazandı - Video

Portuqaliya Kubokunu "Sportinq" qazandı - Video
Futbol, Video
27 Yanvar 2019 - 09:38
Supersport.Az-ın məlumatına görə, Portuqaliya Kubokunun qalibi müəyyənləşib. Finalda "Sportinq" "Portu"nu məğlub edib.

Braqa Bələdiyyə stadionunda keçirilən oyunun 79-cu dəqiqəsində hesabı "Portu"nun futbolçusu Fernando Andrade açıb. "Sportinq" qarşılaşmanın əlavə vaxtında hakimin VAR sisteminə baxaraq verdiyi qərarla 90+2-də Bas Dost penatltiylə bərabərlik qolunu vurub.

Oyunun əsas vaxtı qollu bərabərliklə başa çatdığından penatilər seriyasına ehtiyac olub. Lissabon klubu 3:1 hesabıyla qalib gələrək mükafata sahib çıxıb. "Sportinq" ardıcıl ikinci dəfə kuboku muzeyinə aparmağı bacarıb.

Portuqaliya futbolunda gəlirləri artırmaq üçün 2007-2008 mövsümündən "Portiqaliya Liqa Kuboku" adlandırılan yarışın qalibi ən çox - 7 dəfə "Benfika" olub.

Çempionatda lider olan "Portu" isə 3-cü dəfə finaldan əliboş ayrılıb.


Digər xəbərlər