"Zirə" rusları məğlub etdi

"Zirə" rusları məğlub etdi
Futbol
26 Yanvar 2019 - 21:55
Supersport.Az-ın məlumatına görə,  Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Zirə" bu gün sonuncu yoxlama matçında Rusiyanın birinci divizionunun lideri "Tambov"a qalib gəlib.

Samir Abasovun komandası rusların qapısından 2 cavabsız top keçirib. Bununla da "Zirə" qardaş ölkədə keçirdiyi 3-cü sınaq matçını da qələbə ilə başa vurub.
 "Zirə" bundan əvvəlki yoxlama oyunlarında Rumıniya "Voluntari"sinə və  Macarıstan "Paksi"sinə qalib gəlib - 1:0.

26 yanvar

19:30. "Zirə" - "Tambov" (Rusiya) - 2:0


Qollar: Bilal Həmdi, 42, Alekandr Dedov, 54

Digər xəbərlər