AFFA-dan millinin baş məşqçisi ilə bağlı məlumat

AFFA-dan millinin baş məşqçisi ilə bağlı məlumat
Futbol
25 Yanvar 2019 - 22:09
Azərbaycan milli komandasının hazırda vakant olan baş məşqçi vəzifəsinə təyinatla bağlı namizədlərin müzakirəsi prosesi davam edir.

Supersport.Az xəbər verir ki, bu barədə AFFA-nın saytı xəbər yayıb. Ötən dövr ərzində müxtəlif ölkələrdən olan məşqçilərlə görüşlər keçirildiyi bildirilib.

Yaxın gələcəkdə namizədlərin qısa siyahısının hazırlanması nəzərdə tutulub. AFFA-nın Məşqçilər Komitəsinin tövsiyələri də nəzərə alınmaqla hazırlanacaq qısa siyahı müvafiq qaydada AFFA rəhbərliyinə və İcraiyyə Komitəsinə təqdim olunacaq.

Proseslə bağlı rəsmi məlumatlar operativ və dəqiq şəkildə ictimaiyyətin diqqətinə çatdırılacaq.

Digər xəbərlər