"Qarabağ" keçmiş rəqibiylə heç-heçəyə razılaşdı

"Qarabağ" keçmiş rəqibiylə heç-heçəyə razılaşdı
Futbol
23 Yanvar 2019 - 19:49


Antalyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" bu gün növbəti yoxlama oyununda Polşanın yüksək liqasında mübarizə aparan "Piast" klubu ilə qarşılaşıb. Oyun qollu bərabərliklə başa çatıb. Polşa klubu hesabı açsa da, Azərbaycan komandası məğlubiyyətdən qaça bilib.

Bundan əvvəl Macarıstan "Uypeşt"inə 0:1 hesabı ilə uduzan "Qarabağ" ikinci oyunda Çexiyanın "Bohemians" klubuna qalib gəlib - 3:1.

Qeyd edək ki, "Qarabağ" 2014/15 mövsümündə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində də "Piast"la üz-üzə gəlib. Bakıdakı oyunda 2:1 hesablı qələbə qazanan Ağdam klubu səfərdə 2:2 hesablı heç-heçə edərək, 3-cü mərhələyə vəsiqə qazanmışdı.
 Yoxlama oyunu

23 yanvar

18:00. "Qarabağ" (Azərbaycan) – "Piast" (Polşa) 1-1


Qollar: Araz Abdullayev, 16 -  Joel Valensiya, 9

"Qarabağ"ın start heyəti: 13. Vaqner, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 6. Simeon Slavçev, 7. İnnosent Emeqara, 9. Araz Abdullayev, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 88. Rafael Məhərrəmli

İkinci hissədə meydana daxil olanlar: Hannes Halldorsson, Filip Ozobiç, Bədavi Hüseynov, Maksim Medvedev, Donald Gerye, Mahir Mədətov, Hacıağa Hacılı.


Digər xəbərlər