"Keşlə" Qazaxıstan klubuyla qarşılaşacaq

"Keşlə" Qazaxıstan klubuyla qarşılaşacaq
Futbol
23 Yanvar 2019 - 14:49
Mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirən "Keşlə" qardaş ölkədə üçüncü yoxlama matçında Qazaxıstanın "Atırau" klubu ilə qarşılaşacaq. Premyer Liqa təmsilçisi ilə qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq .


Bundan əvvəl Özbəkistanın U-23 komandası ilə heç-heçə (0:0) edib, Serbiyanın "Dinamo" (Vranye) klubuna 0:2 hesabı ilə uduzan "Keşlə" Antalyada sonuncu oyununu Rusiya "Çertoanovo"suna qarşı keçirəcək.

Yoxlama oyunu

23 yanvar

17:00. "Keşlə" (Azərbaycan) - "Atırau" (Qazaxıstan)

Digər xəbərlər