Yığmamız klubla "sülh bağladı"

Yığmamız klubla "sülh bağladı"
Futbol
22 Yanvar 2019 - 17:14
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət millimiz bu gün yoxlama oyunu keçirib. 

Supersport.Az xəbər verir ki, yığmamız Rusiyanın "Krasnodar-3" komandası ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. Yığmamızın heyətində Sərhad Daşdəmir fərqlənib.

Qeyd edək ki, U-19 hazırlıq çərçivəsində növbəti oyununu yanvarın 24-də Küveytin müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcək.

Digər xəbərlər