15 yaşlı türk futbolçu uğrunda nəhənglərin mübarizəsi

15 yaşlı türk futbolçu uğrunda nəhənglərin mübarizəsi
Futbol
22 Yanvar 2019 - 00:11
Supersport.Az-ın məlumatına görə, Türkiyənin U-16 yığmasına 9-cu dəfə "Ege Kuboku" qazanmaqda böyük kömək edən "Fənərbağça"nın yetirməsi Ömər Faruk Bəyaz Avropanın tanınmış klublarının diqqət mərkəzinə düşüb.

15 yaşlı futbolçu 4 qol vurub, 2 effektli ötürmə verərək, turnirin ən yaxşı oyunçusu seçilib. İstedadlı ulduz yarımfinalda İngiltərənin, finalda isə İspaniyanın qapısına 2 dəfə yol tapıb.

Ömər Faruk Bəyazın yarışda möhtəşəm oyununu "Bayern", Dortmund "Borussiya"sı, "Yuventus", "Mançester Yunayted", "Çelsi", "Mançester Siti", "Liverpul", "Ştuttqart", "Ayntraxt", PSV, "Vilyarreal", "Şaxtyor", "Aston Villa" və "Bazel"in skautları canlı izləyib. Türk futbolçuya heyran qalan menecerlər transfer etmək üçün hərəkətə başlayıblar.

 

Digər xəbərlər