"Səbail" 12-qat İsveçrə çempionuyla oyunda qələbəni qaçırdı - Video

"Səbail" 12-qat İsveçrə çempionuyla oyunda qələbəni qaçırdı - Video
Futbol, Video
21 Yanvar 2019 - 00:29
Supersport.Az Türkiyənin Antalya şəhərində keçirilən "Səbail" - "Sürix" yoxlama oyununda vurulan iki qolu təqdim edir.

Azərbaycan klubu əvvəlcə 12-qat İsveçrə çempionuyla qarşılaşmada 35-ci dəqiqədə Ağabala Ramazanovun qoluyla hesabda irəli çıxıb. Lakin "Sürix"in futbolçusu Marko Şönbaxler oyunun başa çatmasına 11 dəqiqə qalmış bərabərliyi təmin edib.

Aftandil Hacıyevin komandası ilk sınaq matçında Macarıstanın “Aqvital” klubuna 3:2 hesabı ilə qalib gəlib.


 

Digər xəbərlər