"Qəbələ" - "Yenisey" oyununda 4 qol

"Qəbələ" - "Yenisey" oyununda 4 qol
Futbol
20 Yanvar 2019 - 19:50
Supersport.Az-ın məlumatına görə, mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirən "Qəbələ" bu gün növbəti yoxlama oyununu Rusiyanın "Yenisey" klubuna qarşı  keçirib. Oyunda 4 qol vurulub, heç-heçə bitib.

Görüşün start fiti Bakı vaxtı ilə saat 18:00-da verilib.

Rusiya Premyer Liqasında çıxış edən "Yenisey"in əsası 1937-ci ildə qoyulub. Krasnoyarsk şəhərini təmsil edən klub ötən mövsüm aşağı liqada 3-cü yeri tutaraq Premyer Liqaya vəsiqə qazanıb. Cari mövsümün 17 oyununda 10 xal toplayan "Yenisey" qış fasiləsinə 16-cı pillədə yollanıb.

Xatırladaq ki, bu matç "Qəbələ"nin Antalyada ikinci sınağı olacaq. Komanda ilk oyununda Almaniyanın "Meppen" klubu ilə görüşüb. Qarşılaşma "qırmızı-qaralar"ın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Yoxlama oyunu

20 yanvar

18:00. "Qəbələ" (Azərbaycan) – "Yenisey" (Rusiya) 2-2

Qollar: Rauf Əliyev 53, Sabien Lilay, 72

Digər xəbərlər