Qurban Qurbanov: "Əsas odur ki, hesabdan mühüm detalları gördüm"

Qurban Qurbanov: "Əsas odur ki, hesabdan mühüm detalları gördüm"
Futbol
19 Yanvar 2019 - 20:46






Supersport.Az-ın məlumatına görə, qış təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama matçında Çexiyanın "Bohemians" klubunu 3:1 hesabıyla məğlub edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov qarşılaşmaya şərh verib.

"Ümumən maraqlı oyun alındı, hər iki komanda sakit və yaxşı oyun göstərdi. Belə oyunlarda hesab bizim üçün mühümdür, amma ondan önəmli olan bəzi detallar var idi ki, meydanda görmək istəyirdim və demək olar bunu gördüm. Baxmayaraq ki, hesabda 0:1 geri düşsək də, komanda oyun nizam-intizamını qoruyub saxladı və matçı qələbəylə yekunlaşdırdı. İlk oyuna nisbətən bu qarşılaşma daha dinamik oldu və səhvlərimiz az oldu. Komandamdan razı qaldım" - deyə, mütəxəssis klubun saytına bildirib.






 

Digər xəbərlər